Malinin Qao şəhərində naməlum şəxslərin Fransa hərbçilərinə hücumu nəticəsində azı 30 nəfər yaralanıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Mali Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, hücum nəticəsində 4 yerli sakin ölüb.
İnsident nəticəsində 31 nəfər yaralanıb, onlardan 8-i hərbçidir.