Filippinin cənubunda, Mindanao adası yaxınlığında 6.0 bal gücündə zəlzələ baş verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Santos şəhərindən 22,5 km aralıda, ocağı isə 80 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.