ABŞ-ın Sent Luis şəhərində (Missuri ştatı) naməlum silahlı şəxs iki fəhləni qətlə yetirib, daha sonra intihar edib.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, naməlum şəxs ərazidə çalışan “Laclede Gas” şirkətinin işçilərinə yaxınlaşaraq atəş açıb, daha sonra isə özünü güllələyib.
İnsidentin səbəbləri araşdırılır.