Estoniyanın birinci xanımı üzr istədi
22 avqust 2014 23:14 (UTC +04:00)

Estoniyanın birinci xanımı üzr istədi

Estoniya prezidenti Tomas Hendrik İlvesin həyat yoldaşı Evelin İlves “öz ərinə başqası ilə xəyanət etməsi ilə xətrinə dəydiyi hər kəsdən üzr istədiyini” bildirib.

 

Lent.az-ın anspress.com– a istinadən məlumatına görə,  Evelin İlves bu üzrxahlığını öz Facebook səhifəsində paylaşıb.

 

“İndi mənim həyatımın ən ağır dövrlərindən biridir. Xətrinə dəydiyim, əzab verdiyim adamlardan çox xahiş edirəm ki, məni bağışlasınlar” - deyə ərinə gənc bir kişi ilə xəyanət edən və kameralara yaxalanan Estoniyanın 47 yaşlı birinci ledisi bildirib.

 

Amma E.İlves hadisə ilə bağlı təfərrüatlara varmayıb və heç bir əlavə məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar