Suriyadakı rejimin xarici İşlər Nazirliyi BMT və Ərəb Dövlətləri Liqasının özəl təmsilçisi Lahdar Brahim Bi-Bi-Si-yə müsahibəsində Bəşar Əsədin çıxışını tənqid edib.
Lent.az-ın məlumatına görə, suriyalı diplomatlar bildirib ki, Brahimi «hakimiyyətə qarşı olan qüvvələr tərəfdə» olduğunu açıq şəkildə göstərib.
Bununla belə nazirlik «Brahiminin missiyasının uğur qazanacağına» Suriyanın ümidvar olduğunu da vurğulayıb.
Əsədin çıxışını təmsilçi «imkanın buraxılması» kimi dəyərləndirərək, deyib ki, əvvəlkilərdən fərqli olaraq, prezident bu çıxışı ilə təkyanlı olduğunu nümayiş etdirib. O, Əsəd ailəsinin həddin artıq hakimiyyət qaldığını söyləyib.