Əsəd xanımının hamiləliyindən danışıb
30 yanvar 2013 07:08 (UTC +04:00)

Əsəd xanımının hamiləliyindən danışıb

Suriya prezidenti Bəşar Əsəd xanımı Əsmaanın yenidən ana olacağını bildirib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, adları açıqlanmayan «ərəb nümayəndə heyəti» ilə görüşdə bu haqda da danışıb.

 

Livanda çıxan hizbullahçı «əl-Əxbar» qəzetinin yazdığına əsasən, bu əsədlər ailəsində 4-cü uşaq olacaq.

 

Xatırladaq ki, Əsmaa Əsədin yenidən ana olacağı barədə bir müddət öncə də xəbərlər yayılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1819
avatar

Oxşar yazılar