Ermənistanda namizədlərdən biri geri çəkildi
09 fevral 2013 04:23 (UTC +04:00)

Ermənistanda namizədlərdən biri geri çəkildi

Ermənistan prezidentliyinə namizəd «Milli həmrəylik» partiyasının lideri Aram Arutyunyan namizədliyinin ləğv edilməsi barədə Mərkəzi seçki komissiyasına müraciət edib.

 

Lent.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Ermənistan MSK bu gün keçirdiyi iclasda Aram Arutyunyanın prezidentliyə namizəd kimi qeydiyyatını ləğv edib.

 

Son günlər Arutyunyan prezident seçkilərinin gedişindəki haqsızlıqlara etiraz olaraq MSK binasının qarşısında aclıq aksiyası keçirirdi.

 

A.Arutyunyan digər namizədlərə də uyğun addım atmağı təklif edib. Onun fikrincə, prezident Serj Sarqsyan bu kampaniyada tək qalmalı və seçkilərin qanunsuzluğu sübut olunmalıdır.

 

Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Bu vəzifə uğrunda 7 nəfər mübarizə aparır. Bunlar hazırkı prezident Serj Sarqsyan, keçmiş baş nazir Qrant Baqratyan, keçmiş XİN başçısı Raffi Ovanisyan, «Milli özünüdərk» birlyii» partiyasının lideri Paruyr Ayrikyan, politoloq, «Radio Hay»ın rəhbəri Andrias Qukasyan, eposşünas Vardan Sedrakyan və qondarma «Dağlıq Qarabağ Respublikasının keçmiş xarici işlər naziri» Arman Melikyandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566
avatar

Oxşar yazılar