Ermənistanda KTMT təlimlərinin II mərhələsi başladı
06 oktyabr 2017 02:38 (UTC +04:00)

Ermənistanda KTMT təlimlərinin II mərhələsi başladı

Oktyabrın 5-də Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Silahlı Qüvvələrinin “Axtarış-2017” beynəlxalq hərbi təlimlərinin ikinci mərhələsi start götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

Məlumata görə, təlimlərin ikinci mərhələsində Çevik Kollektiv Qüvvələrinin (ÇKQ) birgə əməliyyatının hazırlanması üçün bütün  kəşfiyyat qüvvələrindən və vasitələrdən istifadə etmək, kəşfiyyat məlumatlarının toplamaq və təhlil etmək, həmin məlumatların kəşfiyyat qüvvələrinin birgə komanda məntəqəsi və ÇKQ komandanlığı arasında mübadiləsini təmin etmək kimi tapşırıqların həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa mühüm obyektlərin KTMT xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilməsi və məhv etdirilməsi kimi tapşırıqlar yerinə yetiriləcək.

 

Qeyd edək ki, “Axtarış-2017”  hərbi təlimlərə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi təyinatlı qüvvələri cəlb edilib. Ümumilikdə təlimlərdə 700-ü rusiyalı olmaqla, 1000-dən çox hərbçi iştirak edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar