Ermənistanın maliyyə naziri Vaçe Qabrielyan illik hesabatını jurnalistlərə təqdim edib.
APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, yanvar-noyabr aylarında xarici kreditlər və qrantlar nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 841 milyard dram, xərcləri isə 831,5 milyard dram təşkil edib. Vergi daxilolmaları, eləcə də dövlət rüsumları və məcburi sosial sığorta üzrə gəlirlər 792,1 milyard dram olub.
Parlamentdə təsdiqlənən 2013-cü ilin büdcəsində gəlirlər 1032,8 milyard dram, xərclər 1152,6 milyard dram, büdcə kəsiri isə 119,8 milyard dram məbləğində proqnozlaşdırılıb.
İlkin proqnozlara əsasən, cari ilin sonunda Ermənistanın dövlət borcu 1.782.4 milyard dram (4 milyard 379 milyon 900 min dollar) təşkil edəcək.