Ermənistan hərbi aviasiyasını gücləndirir
21 yanvar 2013 17:25 (UTC +04:00)

Ermənistan hərbi aviasiyasını gücləndirir

Ermənistan Rusiya və Ukrayna ilə yeni aviasiya texnikalarının satın alınmasına dair danışıqlar aparır.

 

 Bu barədə Lent.az Rusiyanın hərbi mediasına istinadən məlumat verib.

Hərbi Hava Qüvvələrinin inkişafı planları çərçivəsində Ermənistan Rusiyadan yeni zərbə helikopterlərindən ibarət 2 eskadrilya, YaK-130 təlim-döyüş təyyarəsi, pilotsuz aparatlar, Ukraynadan Mi-8 tipli helikopterlər və Ukrayna-Rusiya birgə hazırlaması olan 2 ədəd An seriyalı yeni hərbi nəqliyyat təyyarəsi almaq niyyətindədir.

Artıq ötən ildən etibarən bu istiqamətdə Ermənistan hər iki ölkə ilə intensiv dan1ışıqlara başlayıb. Eləcə də əvvəlki illərdə imzalanmış müqavilələr çərçivəsində son 3 ildə Ukraynadan hə il 2 ədəd L-39 tipli təlim təyyarəsi satın alıb. Rusiya isə 2011-2012-ci illərdə Ermənistana 10-a yaxın müxtəlif təyinatlı hərbi helikopter verib.

Qeyd edək Ki, Ermənistan hərbi aviasiya baxımından Azərbaycandan çox geri qalır. Bu ölkənin Hərbi Hava Qüvvələrinin tərkibinə 1 ədəd MiQ-25, 15 ədəd Su-25 tipli döyüş təyyarələri, 2 ədəd İl-76 tipli hərbi nəqliyyat təyyarəsi, 15 ədəd pilotsuz uçuş aparatı, 8-10 ədəd L-39 tipli təlim təyyarəsi, 9 ədəd Mi-2, 10 ədəd Mi-8, 2 ədəd Mi-9 tipli müxitəlif təyinatlı helikopter, 15-dən artıq Mi-24 tipli zərbə helikopteri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1355

Oxşar yazılar