Keçmiş erməni sevgilisi Karloin Fişekçi Türkiyənin tanınmış yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamuqdan əl çəkmir.
Lent.az-ın məlumatına əsasən, erməni «gözəlçə» Türkiyənin «Yurt» nəşrinə müsahibəsində, yazıçının onunla küçəyə çıxmamasına aydınlıq gətirib.
«Orxan Pamuk niyə sizinlə kütlə arasında görünmür» sualına cavabında Fişekçi deyib:«Biz Türkiyədə görüşürdük. Ancaq o birlikdə görünməyimizdən qorxurdu. Ona görə də istisnasız olaraq, vaxtımızı Nişantaş və Cahangir məhəlləsindəki evdə keçirirdik. Küçəyə bir yerdə çox nadir hallarda çıxardıq».