
Ərdoğan Rusiya ilə kosmik əməkdaşlıqdan danışdı
"Rusiya ilə Türkiyə arasında dialoq tarixi köklərə əsaslanır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada işgüzar səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışında söyləyib. O, bu il Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin həcminin 25 mlrd dolları keçdiyi vurğulayıb: "Məqsədimiz iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 mlrd dollara çatdırmaqdır. Rusiyadan ölkəmizə gələn turist sayında rekord göstərici qeydə alınıb. Bu il 6 milyona yaxın rusiyalı turistin ölkəmizə gəlməsini gözləyirik".
Türkiyə prezidenti ölkəsi ilə Rusiya arasında kosmik və aviasiya sahəsində əməkdaşlıqdan da danışıb. O, bu əməkdaşlığın ikitərəfli münasibətlərə impuls verəcəyini qeyd edib.
R.T.Ərdoğan göstərdiyi qonaqpərvərliyə görə Vladimir Putinə təşəkkürünü bildirib.
Oxşar yazılar

Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 04:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43