Rusiya prezidenti Vladimir Putin rusiyalı həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı yaxın zamanda görüşməyin mümkünlüyünü müzakirə ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Yaxın zamanda təmasların mümkünlüyü sonuncu telefon danışığı zamanı müzakirə edilib”, - deyə Peskov Ərdoğanın Moskvaya səfərinin mümkünlüyünə dair suala cavabında bildirib.