Ərdoğan ABŞ-dan məyus olduğunu bildirdi
19 noyabr 2016 07:31 (UTC +04:00)

Ərdoğan ABŞ-dan məyus olduğunu bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan məyus olduğunu bildirib.

 

APA-nın xəbərinə görə, o bu barədə CBS telekanalına müsahibəsində deyib.

 

Ərdoğan Suriyadakı münaqişənin həlli üçün əsas problemi ABŞ administrasiyasının yanaşmasında görür. Onun sözlərinə görə, Suriyada müharibə Türkiyə sərhədində böyük təhlükələr yaradıb, milyonlarla qaçqının axınına səbəb olub.

 

Türkiyə prezidenti müsahibə zamanı həmçinin Fəthullah Gülənin Türkiyəyə hələ də ekstradisiya edilmədiyinə görə ABŞ-ı tənqid edib.

 

Qeyd edək ki, Türkiyə lideri CBS telekanalının “60 dəqiqə”  proqramına müsahibə verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar