Türkiyədə ötən həftə başlayan və arxasında Fətullah Gülən icmasının olduğu iddia edilən korrupsiya əməliyyatlarına bu ölkənin baş qərargah rəisi Nəcdət Özəl də münasibət bildirib.
Lent.az-ın türk mediasına istinadən xəbərinə görə, N. Özəl bu korrupsiya əməliyyatlarını aparanların orduya qarşı yönəlmiş “Ergenekon” və “Balyoz” adlı cinayət işləri zamanı da eyni taktikadan istifadə etdiyini bildirib.
Baş qərargah rəisinin sözlərinə görə, orduya tələ qurulub və bu vəziyyət silahlı qüvvələrdə ciddi narahatlıq yaradıb.
N.Özəl deyib ki, nazir övladının evinə pul sayma aparatı gətirilib yerləşdirilib. Bu kimi saxta əməliyyatlar isə daha öncə ordu rəhbərliyinə qarşı da həyata keçirilib.