Ən uzun fasiləsiz uçuş qeydə alındı
03 noyabr 2017 02:22 (UTC +04:00)

Ən uzun fasiləsiz uçuş qeydə alındı

0

Dünyada fasilə olmadan ən uzun təyyarə uçuşu qeydə alınıb.

 

Trend-in məlumatına görə, ABŞ-ın Los Anceles şəhərindən havaya qalxan "United Airlines" aviaşirkətinə məxsus "Boeing 787-9 Dreamliner" təyyarəsi 14 min kilometrlik Sinqapur reysini fasiləsiz icra edərək dünya rekorduna imza atıb.

 

Göyərtəsində 252 sərnişin aparan təyyarə düz 17 saat 55 dəqiqə havada olub. Hava gəmisi ABŞ-a 15 saat 15 dəqiqəyə qayıdıb.

 

Xatırladaq ki, bundan əvvəlki rekord 2017-ci ilin fevral ayında "Qətər Hava Yolları"nın Dohadan Yeni Zelandiyanın Oklanda şəhərinə 14 535 km-lik məsafəni 16 saat 23 dəqiqəyə qət edən təyyarəsinə məxsus olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar