Əlcəzair ordusu ölkənin Cənub-Şərqində terrorçular tərəfindən ələ keçirilmiş neft-qaz obyektinin azad edilməsi əməliyyatını başa çatdırıblar.
Lent.az-ın «RİA-Novosti» -yə istinadən məlumatına görə, əməliyyatın nəticəsinə dair açıqlama verilməyib. Bir müddət öncə ölkənin rabitə naziri Məhəmməd əs-Səid keçirilmiş əməliyyat nəticəsində bir neçə girovun həlak olduğunu və ya yaralandığını bildirmişdi.
Xatırladaq ki, yanvarın 16-da «əl-Qaid»-nin onlarla döyüşçüsü Əlcəzairin Cənub-Şərqində qaz yataqlarında işləyənlərin yaşayış kompleksinə basqın etmişdi.
Terrorçular 40 yaxın ABŞ, Britaniya, Fransa, Norveç, Yaponiya, Filippin və Malayziya vətəndaşlarını, eləcə də yerli sakinləri girov götürmüşdü.