APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Kito yaxınlığında, ocağı isə təxminən 5 km dərinlikdə yerləşib.
Kito beynəlxalq hava limanı işini müvəqqəti olaraq dayandırıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Çoxmərtəbəli binalarda yaşayanlar evakuasiya olunur.