Əhmədinejad: “Sanksiyaların təsirləri geridə qalıb”
23 dekabr 2012 19:49 (UTC +04:00)

Əhmədinejad: “Sanksiyaların təsirləri geridə qalıb”

“Sanksiyaların təsirləri geridə qalıb və Qərb ölkələrinin istədikləri hədəflərin heç biri reallaşmayıb”.

 

APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad İran Dövlət Televiziya və Radio Təşkilatının (İRİB) birinci kanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, İran hökuməti gecə-gündüz xarici təzyiqləri azaltmaq üçün işləyir: “Bu gün Qərb ölkələri istəklərinə çata bilməyiblər. Çünki iqtisadiyyat, bank və pul sistemlərinə tətbiq etdikləri sanksiyalar nəticəsində İranı diz çökdürə biləcəklərini güman edirdilər. Ancaq ölkə daxilindəki əməkdaşlıq nəticəsində Qərb ölkələrinin niyyətləri müvəffəqiyyətsizliyə uğradı”.

 

M. Əhmədinejad əlavə edib ki, sanksiyaları təsirsiz hala gətirməyin yollarından biri qeyri-neft məhsullarının ixracını artırmaqdır: “Bu il qeyri-neft məhsullarının ixracı 55 milyard dollar səviyyəsində olub. Bunun 100 milyard dollara çatması gözlənilir”.

 

İran prezidenti subsidiyalaşdırma islahatları planının (ünvanlı subsidiyaların ləğv edilməsi) layihəsinin icrasının ölkəsinə qarşı tətbiq edilmiş sanksiyalara ən yaxşı həll yolu olduğunu da vurğulayıb: “Bu proqramın icrası İranda ən mühüm iqtisadi hadisədir. Ona görə də mən layihə doğru tətbiq olunduğu təqdirdə iqtisadi problemlərin azalacağı mövzusunda sizlərə zəmanət verirəm. Belə ki, hökumət öz xərcləmələrində puldan asılı olmadıqda və hər şey ölkə daxilində istehsal edildikdə, o zaman İrana sanksiya tətbiq olunmasının bir mənası qalmayacaq”.

 

M. Əhmədinejad həmçinin bankçılıq sistemində islahatların həyata keçirilməsinin də ölkədə mühüm iqtisadi proqramlardan biri olduğunu, bu sahədə işlərin başa çatdırıldığını və yaxın günlərdə tətbiq ediləcəyini söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar

Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22