Əhmədinejad: “Azərbaycan xalqı mənim qəlbimdədir"
19 may 2013 01:16 (UTC +04:00)

Əhmədinejad: “Azərbaycan xalqı mənim qəlbimdədir"

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.


APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, Azərbaycan-İran parlamentlərarası dostluq qrupu üzvlərinin də təmsil olunduğu nümayəndə heyəti prezident Mahmud Əhmədinejad ilə görüşüb.

Görüşdə Azərbaycan-İran münasibətlərinə dair səmərəli fikir mübadiləsi aparılıb. İran dövlətinin başçısına prezident İlham Əliyevin səmimi salamlarını çatdıran A.Paşazadə mehriban qarşılanmaya və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycanda bütün dinlərə ehtiram göstərildiyini qeyd edən Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, ölkəmizdə məscid, pir və ziyarətgahların abadlaşdırılmasına, təmir və bərpasına dövlət tərəfindən yardımlar edilir. Son illər bu sahədə görülən işlərdən bəhs edən A.Paşazadə məlumat verib ki, bu günlərdə Şamaxı rayonundakı qədim Cümə məscid-kompleksi əsaslı bərpa və yenidənqurmadan sonra prezident İlham Əliyevin iştirakı ilə dindarların istifadəsinə verilib. Bundan əvvəl isə Qəbələ və Sumqayıt şəhərlərində yeni inşa edilmiş Cümə məscidlərinin açılışı olub.

İran prezidenti Mahmud Əhmədinejad onun da hərarətli və səmimi salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmasını A.Paşazadədən xahiş edib. M.Əhmədinejad bildirib ki, dinamik inkişafda olan Azərbaycan-İran münasibətləri tarixi köklərə söykənir və ölkələrimiz bir-birinə qırılmaz tellərlə sıx bağlıdır. Xalqlarımız və ölkələrimiz arasındakı bu bağlılıq münasibətlərin inkişafı müstəvisində getdikcə möhkəmlənir.

Xalqımızın yüksək keyfiyyətlərindən danışan İran prezidenti deyib: “Azərbaycan xalqı mənim qəlbimdədir, heç bir qüvvə onu ürəyimdən çıxara bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1568

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51