Əfqanıstanın qərbində avtomobilin partladılması nəticəsində 17 nəfər dinc sakin həlak olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, partlayışı taliban hərəkatı törədib. Əsgərləri və onları müşayiət edən polisi dayandırmaq məqsədi ilə yolda bu terror aktını həyata keçiriblər.
Ancaq partlayış dinc sakinlər aparan avtomobilin yanında baş verib. Həlak olanların çoxunun qadınlar və uşaqlar olduğu bildirilib.