Əfqan aviaşirkəti narkotik daşımaqda ittiham olunur
25 yanvar 2013 23:28 (UTC +04:00)

Əfqan aviaşirkəti narkotik daşımaqda ittiham olunur

Əfqanıstanın ən böyük aviaşirkəti «Kam Air»ə ABŞ-dan olan şirkətlərlə müqavilə imzalamaq qadağan edilib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb kimi narkotik maddələrin qaçaqmalçılığında şirkətin iştirakından şübhələnilməsi əsas göstərilir.

Amerikanın ölkədəki hərbi komandanlığı aviaşirkətlə bağlı araşdırmalara başlanıldığını bildirib.

Mənbənin məlumatına əsasən, «Kam Air» sərnişin təyyarəsi ilə iri partiyalarla Tacikistana narkotik maddələrin daşıyıb.

 

Aviaşirkət isə ona qarşı irəli sürülən bütün ittihamları təkzib edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551
avatar

Oxşar yazılar