2012-ci ildə dünyada işsizlərin sayı 197 milyon nəfərədək artıb. Lent.az-ın MIGnews-a istinadən məlumatına görə, cari il də bu sayın artacağı proqnozlaşdırılır
Mənzil –qərargahı Cenevrədə yerləşən təşkilatı bildirib: «2012-ci ildə işsizlərin sayı 4,2 milyon nəfər artaraq, 197 milyon təşkil edib. Dünyada işsizləri sayı 5,9 faiz çoxalıb».
İşin itirənlərin 25 faizi inkişaf etmiş,75 faizi isə inkişaf etməkdə olanların, daha çox Cənub-Şərqi Asiya, Afrika dövlətlərinin, Saxaranın cənubundakı ərazilərdə yerləşən ölkələrin payına düşür.
Təşkilatın baş direktoru Qay Rayderin sözlərinə əsasən, ən həyəcanlı fakt işsizliyin uzunmüddətli olmasıdır. İnkişaf etmiş dövlətlərdə işsizlərin 3-də biri bu vəziyyətdə bir ildə artıq qalırlar.
İnkişaf etməkdə olan ölkələrdə 870 milyon insan gündə iki dollardan az qazanır,onların 400 milyonu isə yoxsulluqdan da aşağı səviyyədə yaşayır.