Duma siqaretə qarşı qanun qəbul edir
26 yanvar 2013 02:59 (UTC +04:00)

Duma siqaretə qarşı qanun qəbul edir

Rusiyanın Dövlət Duması ictimai yerlərdə siqaretin yasaqlanması ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 2013-cü il iyunun 1-dən etibarən təhsil, səhiyyə, mədəniyyət və idman müəssislərində, dövlət qurumlarının binalarında, şəhər və şəhərətrafı nəqliyyatda, vağzal və hava limanlarında siqaret çəkmək qadağan olunacaq.

 

Müəssislərdə siqaret çəkməyə yalnız təyin olunmuş yerlərdə icazə veriləcək.

 

2014-cü il iyunun birindən isə uzaq yola çıxan qatarların məişət, ticarət və ictimai iaşə xidməti göstərilən yerlərdə də siqaret çəkilməsi qadağan ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979
avatar

Oxşar yazılar