Devlet Bahçeli HDP-yə qarşı əməliyyatı dəstəklədi
05 noyabr 2016 05:46 (UTC +04:00)

Devlet Bahçeli HDP-yə qarşı əməliyyatı dəstəklədi

Türkiyənin kürdyönümlü partiyası HDP-yə (Xalqların Demokratik Partiyası) qarşı təşkil olunmuş əmliyyat MHP (Millətçi Xalq Partiyası) lideri Devlet Bahçeli tərəfindən dəstəklənib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, partiyasının idarə heyəti ilə iclas keçirən D.Bahçeli mühüm mesajlar verib.

 

“Biz HDP-nin PKK ilə əlaqədə olduğunu həmişə ifadə etmişik. Kim vətənə xəyanət edibsə, kim terroru dətəkləyibsə əməlləri üçün məhkəmədə cavab verməlidir. Terroru dəstəkləyənlər lazımi cəzalarını almalıdırlar. Hökumətin Türkiyə Böyük Millət Məclisinə gətrəcəyi edam qanununu da dəstəkləyəcəyik”, deyə D.Bahçeli vurğulayıb.

 

Qeyd edək ki, noyabrın 4-də terror istintaqı çərçivəsində HDP-yə qarşı əməliyyat təşkil olunub və bu partiyadan seçilmiş 11 deputat saxlanılıb. Məhkəmə yə çıxarılan deputatlardan 9-u haqqında həbs qəti-imkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar