Lent.az-ın
Devid Kemeron bildirib ki, büdcənin azaldılmasına baxmayaraq, Böyük ordunun silahlanması və xərcləri büdcədə əsas yeri tutur.
Qeyd edək ki, Devid Kemeronun bəyanatı Argentina prezidenti Kristina Kişnerin açıq məktubuna cavabdır. Kristina Kişner Böyük Britaniyanı Folklend adalarının qaytarılması ilə bağlı danışıqlara başlamağa çağırıb. Devid Kemeron isə Kristina Kişneri mart ayında Folklend adalarının əhalisi arasında keçiriləcək referendumun nəticələrini gözləməyə çağırıb. Bu referendumda adaların əhalisi Böyük Britaniyanın tərkibində qalmaq, yaxud müstəqillik əldə etməklə bağlı mövqeyini ortaya qoyacaq.
Xatırladaq ki, Böyük Britaniya və Argentina 1982-ci ildə bu adalar uğrunda döyüşüb. Böyük Britaniya Argentinanı məğlubiyyətə uğratsa da, Argentina hələ də Folklend adalarına iddia edir.