Dərbənddə silahlı insident zamanı ölən şəxsin hərbi xidmətdə olan rus əsgəri olduğu məlum olub. Dərbənddə yaşayan jurnalist Telman Tahirlinin Lent.az-a verdiyi məlumata görə, hadisə gecə saatlarında, turistlərin Narın-Qaladakı oteldə dincələn zamanı baş verib. “Priora” markalı qara maşın qəfil qalaya yaxınlaşıb və içindən düşən silahlı şəxslər turistlərə atəş açmağa başlayıb.
***
11:02
Dərbənddə turistlər atəşə tutulub. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə insident Narın-Qalada baş verib. Naməlum şəxs qalada ekskursiyaya gəlmiş turistlərə dəfələrlə atəş açıb və hadisə yerindən qaçıb.
Rusiyanın HTB kanalının yaydığı məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Faktla bağlı cinayət işi açılıb və axtarış gedir.