Rusiya vətəndaşı Jerar Depardye yanvarın 8-də Parisdə məhkəmə qarşısında olmalıdır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb keçən ilin noyabrında sərxoş halda yol-nəqliyyat qəzası törətməsidir. Buna görə o, ya 4,5 min avro məbləğində cərimə ödəyəcək, ya da iki ilədək azadlıqdan məhrum ediləcək. Həbs cəzası gözləyir.
Mənbənin xatırlamasına əsasən, ötən il noyabrın 29-da o, Parisdə 17-ci dairədə öz motoskletində qəza törədib. Olay zamanı Derapdye dizindən xəsarət alıb. Başqa xəsarət alan olmayıb. Qəza yerinə gələn polis onun sərxoş olduğunu müəyyənləşdirib.