Dənizə düşən təyyarə 11 məlumat ötürə bilib
25 may 2016 03:10 (UTC +04:00)

Dənizə düşən təyyarə 11 məlumat ötürə bilib

 Aralıq dənizinə düşən “EgyptAir” təyyarəsinin elektron sistemindən qəzadan əvvəl uçuş zamanı 11 məlumat ötürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Misirin “Əl-Əhrəm” nəşri bildirir ki, ötürülən məlumatlar mühərriklərin normal çalışması barədə olub. Lakin qəzaya bir neçə dəqiqə qalmış təyyarədən “pilotların olduğu kabinanın sağ pəncərəsində hərarətin dəyişməsi barədə məlumat daxil olub”.  

 

Məlumata görə, kabinanın sağ hissəsində yüksək hərarət barədə 12.26-da daxil olan ilk məlumat üç dəqiqə ərzində bir neçə dəfə dəfə də təkrar ötürülüb, sonra isə təyyarə ilə əlaqə tam kəsilib.

 

Nəşrin məlumatına görə, təyyarə Paris hava limanından havaya qalxmazdan öncə “EgyptAir” aviaşirkətinin texniki işçisi tərəfindən yoxlanılıb, onun texniki vəziyyəti ilə bağlı heç çatışmazlıq müəyyən edilməyib. Bu fakt bort jurnalında təyyarənin kapitanı tərəfindən onun şəxsi imzası ilə də təsdiqlənib.

 

Qeyd edək ki, “EgyptAir” aviaşirkətinin  Paris-Qahirə marşrutu üzrə uçan “A320” təyyarəsi mayın 19-da radarlardan itib. Təyyarənin göyərtəsində 66 nəfər olub. Onların hamısının öldüyü ehtimal olunur. Təyyarənin qalıqları Aralıq dənizində, Yunanıstanın Karpatos adası yaxınlığında aşkarlanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38