Türkiyədə həbsdə olan HDP həmsədri Selahettin Demirtaş xəstəxanaya aparılıb.
Musavat.com-un məlumatına görə, ürəyində ağrılar hiss edən Demirtaş əvvəlcə həbsdə olduğu F tipli cəza evində həkimlər tərəfindən yoxlanılıb, daha sonra Trakya rayonundakı dövlət xəstəxanasına aparılıb. Həkimlər Demirtaşın ürəyində hər hansı bir xəstəliyin olmadığını bildiriblər. Müayinədən sonra Demirtaş təkrar həbsxanadakı təkadamlıq kamerasına aparılıb.
Qeyd edək ki, HDP həmsədri terror təşkilatı ilə əlbir olmaqda ittiham edilir.