Bu gün Hindistanın Əfqanıstanın Cəlalabad şəhərindəki konsulluğu yaxınlığında güclü partlayış baş verib.
APA-nın məlumatına görə, yerli polisdən bildirilib ki, partlayış nəticəsində 8 uşaq həlak olub, 21 nəfər yaralanıb.
Hindistanın Kabildəki səfirliyindən partlayış nəticəsində Hindistan vətəndaşlarının zərər çəkmədiyi açıqlanıb.
Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Kamikadzenin avtomobili partlatması nəticəsində konsulluq yaxınlığındakı məscidi ziyarətə gəlmiş uşaqlardan 8-i həlak olub.