Yunanıstanın xüsusi xidmət orqanları Türkiyənin xarici işlə nazir Əhməd Davudoğluya qarşı sui-qəsdin qarşısını alıb.
Lent.az-ın Türkiyədə çıxan «Hürriyyət» qəzetinə istinadən məlumatına görə, bu haqda Yunanıstanın «Parapolitika» nəşriyyəsi xəbər yayıb.
Mənbə bildirib ki, İrəvanda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yığıncağından sonra türkiyəli diplomat Afinaya səfər edib. Orada ona qarşı sui-qəsd hazırlanıbmış. Ancaq Yunanıstan xüsusi xidmət qurumlarının məsələdən vaxtından qabaq xəbərdar olması bu basqının gerçəkləşməsini əngəlləyib. Sui-qəsd cəhdində şübhəli bilinən bir nəfər saxlanılıb.
Şübhəlinin Türkiyə tərəfindən terrorçu elan olunan təşkilatın təmsilçisi olduğu da bildirilib.