Nepalda leysan yağışlarla əlaqədar baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 49 nəfərin öldüyü bildirilirdi.
Nepal daxili işlər nazirliyinin məlumatına əsasən, 23 nəfər itkin düşüb, 36 min yaşayış evi su altında qalıb, çox sayda iri və xırda buynuzlu heyvan tələf olub.
Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
***
Nepalda son sutka ərzində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 30 nəfər ölüb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, təbii fəlakət ölkəyə ciddi maddi ziyan vurub.
Məktəb və inzibati binalarda evsiz qalan sakinlər üçün müvəqqəti sığınacaqlar yaradılıb. Hərbçi, polis və sakinlərdən ibarət xilasedici dəstələr yaradılıb.
Daşqınlar Biratnaqar hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.