Danışıqlarda İran özünə arxayın görünmür
03 iyul 2014 22:10 (UTC +04:00)

Danışıqlarda İran özünə arxayın görünmür

0

İyulun 3-də ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya Vyanada İranla Tehranın atom-nüvə probleminə dair danışıqları davam etdirir.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, danışıqların məqsədi İranın nüvə imkanlarını məhdudlaşdırmaq üçün daimi razılıq əldə etməkdir.

Dünyanın altı qüdrətli dövləti və İran arasında noyabr ayında əldə edilmiş müvəqqəti razılığa əsasən, İran sanksiyaların bir hissəsinin yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdırmalı idi.
 
İranın nüvə proqramı ilə əlaqədar yekun razılığın iyulunn 20-dək əldə olunacağı ehtimal edilir.

Qərb dövlətləri İranın nüvə silahı yaratmasından narahatdır. Qərb və BMT-nin sanksiyaları ilə üzləşən Tehransa nüvə proqramının dinc məqsədli olduğun bildirir.

Vyanada keçirilən danışıqlardan əvvəl İranın xarici işlər naziri Məhəmmədcavad  Zərif  5+1 qrupunu “səbəbsiz və qəbuledilməz təkliflərlə çıxış etməməyə” çağırıb.

O, “Feysbuk” səhifəsində Qərblə aparılan müzakirələrdən yazaraq, bildirib ki,  intensiv danışıqların məntiqli bir nəticəyə çatması üçün bütün gücünü səfərbər edəcək: “Mən və həmkarlarım qarşıdan gələn iki həftədə bütün gücümüzü səfərbər edərək müzakirələrin məntiqli və davamlı bir nəticə verməsinə çalışacağıq. Mükəmməl və ətraflı bir razılığın əldə olunması üçün mövzuların mürəkkəb və çətinliyini nəzərə alaraq danışıqların nəticəsini indidən proqnozlaşdırmaq həqiqətən çətindir. Elə buna görə də nüvə danışıqlarının son nəticəsi ilə əlaqədar bəzi Qərb mediasının verdiyi proqnozları ciddiyə almaq lazım deyil”.

 

ABŞ dövlət katibi Con Kerri deyib ki, 5+1 qrupu İranın nüvə silahı əldə etməsini önləyən “bir sıra səmərəli, yoxlanılmış və asanlıqla əldə olunan tədbirlər” təklif edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 737

Oxşar yazılar