Dağıstanın Qarabulağkənd rayonunda keçirilən xüsusi əməliyyat zamanı 7 silahlı öldürülüb, 1 polis həlak olub.
APA-nın xəbərinə görə, bu barədə “TASS”a Milli Antiterror Komitəsindən bildirilib.
“Döyüş baş verən ərazidə çoxlu sayda silah-sursat, o cümlədən, iki qumbaraatan, qısaldılmış snayper tüfəngi, bir neçə qumbara aşkarlanıb. Silahlılarla atışma zamanı Federal Təhlükəsizlik Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. Mülki şəxslər arasında ölən və yaralanan yoxdur”, - deyə qurumdan bildirilib.
Öldürülən şəxslərin “Mahaçqala silahlı dəstə”nin üzvləri olduğu bildirilir. Əməliyyat ötən gün 04.30-da başlayıb.