Dağıstanın Xasavyurt rayonunda naməlum şəxslər tərəfindən polis əməkdaşına atəş açılıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün Xasavyurt rayonunun Olimpiyskiy qəsəbəsində baş verib.
Polis əməkdaşı atəş açanlardan birini məhv edə bilib. Lakin özü də aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşına hücum edən ikinci şəxs axtarılır.