Dağıstanın iki rayonunda antiterror əməliyyat rejimi tətbiq edilib. APA-nın xəbərinə görə, bu barədə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.
“Yerli vaxtla 21.00-da Əməliyyat Qərargahının rəhbəri tərəfindən Buynaksk və Qarabudağkənd rayonlarının bəzi hissələrində antiterror əməliyyat rejiminin tətbiq edilməsinə dair qərar qəbul olunub. Silahlılar və onların tərəfdarları axtarılır”, - deyə məlumatda bildirilir.