Mərkəzi Seçki Komissiyası Dağıstan müftisinin həyat yoldaşı, “İslam” jurnalının baş redaktoru Ayna Həmzətovanın Rusiya prezidenti vəzifəsinə namizədliyini qeydə almayıb.
APA-nın REN TV-yə istinadən xəbərinə görə, buna səbəb kimi qeydiyyat prosedurunun pozulması göstərilib.
Bundan əlavə, A. Həmzətova bütün lazımı, o cümlədən özü və həyat yoldaşının maliyyə vəziyyətini əks etdirən sənədləri təqdim etməyib.
Dekabrın 30-da 542 nəfərdən ibarət təşəbbüs qrupu Dağıstan müftisinin həyat yoldaşı, “İslam” jurnalının baş redaktoru 46 yaşlı Ayna Həmzətova Rusiya prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Qeyd edək ki, Rusiyada seçkiqabağı kampaniya dekabrın 17-də start götürüb. Prezident seçkiləri 2018-ci il, martın 18-ə təyin edilib.