ABŞ-ın dövlət katibliyinə namizəd senator Con Kerrinin ilk xarici səfərini Türkiyəyə edəcəyi gözlənilir.
Lent.az-ın Türkiyədə çıxan «Milliyət» qəzetinə istinadən məlumatına görə, səfər zamanı onun hökumət rəsmiləri ilə yanaşı müxalifət Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının nümayəndələri də görüşəcəyi nəzərdə tutulub.
Onun Türkiyədəki kürd fəallarla da danışacağı ehtimal edilir.
Xəbərə əsasən, ikinci prezidentlik dövründə Barak Obamanın ilk rəsmi qonaqlarının Türkiyə baş naziri Rəcəb Tayyip Ərboğan və xarici işlər naziri Əhməd Davudoğlunun olacağı da planlaşdırılır.