ABŞ Konqresinin Senatı Con Kerrini dövlət katibi postuna təsdiqləyib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, onun leyihinə 94 senator səs verib, 3-ü isə əleyhinə olub.
69 yaşlı senator-demokratın dövlət katibliyi vəzifəsinə namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülüb. O, bu postda Hillari Klintonu əvəzləyəcək.
C.Kerri Vyetnam müharibəsinin veteranıdır. O, 1985-ci ildən Massaçustes ştatının əvəzedilməz senatoru olub. 2004-cü ildə Kerri Demokratlar Partiyasından prezidentliyə namizəd irəli sürülüb. Ancaq həmin il o, respublikaçı kiçik Corc Buşa məğlub olmuşdu.
1984-cü ildə senator seçilib və 2009-cu ildən bu qurumun xarici əlaqələr üzrə komitəsinə başçılıq edib.