«CNN»-in teleaparıcısı ABŞ-dan deportasiya oluna bilər
24 dekabr 2012 23:00 (UTC +04:00)

«CNN»-in teleaparıcısı ABŞ-dan deportasiya oluna bilər

0

30 min çox amerikalı «CNN»-in britaniyalı teleaparıcısı Pirs Morqanın ABŞ-dan deportasiya olunması ilə bağlı imza toplayıb.

 

Lent.az-ın «BBC»y-ə istinadən məlumatına görə, o, Konnektikut ştatının Nyutaun məktəbindəki qanlı olaydan sonra «amerikaın silah satışı lobbisini» kəskin tənqid etdiyi üçün bu etirazların hədəfinə çevrilib.

 

Ötən həftə o, telekanaldakı tok-şousunda bildirib ki, silah satışının lobbisi «sonsuz dərəcə axmaqdır».

 

ABŞ qanunlarına əsasən, 25 mindən artıq olan imzası olan sənədi  Ağ ev nəzərdən keçirir.

 

Teleaparıcı «Twitter» vasitəsi ilə deportasiya olunacağı halda onu qəbul etməyə hazır olan dövlətlərə müraciət edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 747

Oxşar yazılar