Çinli akademiklər islahat istəyir
27 dekabr 2012 02:26 (UTC +04:00)

Çinli akademiklər islahat istəyir

0

70-dən çox çinli akademik və vəkil Çin Kommunist Partiyasının yeni rəhbərliyinə müraciət edərək, siyasi islahat aparılmasını istəyiblər.

 

Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, onlar əks halda ölkədə «xaosun» olacağını proqnozlaşdırdıqlarını bəyan ediblər.

 

Sənədi imzalayanlardan biri, Pekin Universitetinin professoru Çjan Tsyanfanya bildirib ki, bu müraciətə qoşulanlar islahatın gerçəkləşdirilməsində hakimiyyətlə «konsensus əldə etmək» istəyənlərdir.

 

İqtisadçı Çjun Datszünün  fikrincə, Çin Kommunist Partiyasının rəhbərliyi çinlilərin fərdiliyini unutmadan, ümuminsani dəyərlərə sayğı göstərməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 725

Oxşar yazılar