Çində torpaq sürüşməsi: 13 ölü, 16 itkin
10 avqust 2019 12:18 (UTC +04:00)

Çində torpaq sürüşməsi: 13 ölü, 16 itkin

 
 
Çinin şərqində güclü "Lekima" tayfununun səbəb olduğu torpaq sürüşməsi nəticəsində 13 nəfər həlak olub, 16 nəfər itkin düşüb.
 
APA-nın "CCTV" televiziya kanalına istinadən verdiyi xəbərə görə, saatda 187 km sürətə malik güclü küləklə müşaiyət olunan yağışlar nəticəsində Çinin Çjetszyan əyalətinin şərqində torpaq sürüşməsi baş verib.
 
Şanxay şəhərinin 250000, Çjetszyan əyalətinin isə 800000-ə qədər sakini güclü tayfun səbəbilə təhlükəsiz yerlərə evakuasiya olunub.
 
 
Çjetszyan əyalətində 2.72 milyon evə elektrik enerjisinin verilişi kəsilib. Əyalətin altı şəhərində 200 ev dağılıb, 66300 hektar əkin sahəsinə ciddi ziyan dəyib.
 
Hava şəraiti ilə əlaqədar Pekin, Şanxay, Quançjou, Şençjen, Çendu şəhərlərində 625 təyyarə uçuşu təxirə salınıb.
 
Çjetszyan əyalətini Çinin şimal və mərkəz əyalətləri ilə əlaqələndirən qatarların fəaliyyəti də dayandırılıb.
# 535
avatar

Oxşar yazılar

Magistralda maşınlar toqquşdu,  ölənlər var

Magistralda maşınlar toqquşdu, ölənlər var

30 aprel 2024 , 07:24
Baydenin oğlu telekanalı məhkəməyə verir

Baydenin oğlu telekanalı məhkəməyə verir

30 aprel 2024 , 06:23
Helikopter qəzaya uğradı, 9 əsgər öldü

Helikopter qəzaya uğradı, 9 əsgər öldü

30 aprel 2024 , 05:44
Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

30 aprel 2024 , 05:11
Fələstinə dəstək göstərən tələbələr həbs edildi

Fələstinə dəstək göstərən tələbələr həbs edildi

30 aprel 2024 , 04:02
Şəhərdə ATIŞMA:  polislər öldü

Şəhərdə ATIŞMA: polislər öldü

30 aprel 2024 , 03:47
Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

30 aprel 2024 , 02:22
Odessa vuruldu: 4 ölü, 18 yaralı var

Odessa vuruldu: 4 ölü, 18 yaralı var

29 aprel 2024 , 22:19