Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı
30 aprel 2024 02:22 (UTC +04:00)

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, ictimai siyasi xadim Maksim Şevçenko öz teleqram kanalında məlumat yayıb.

Bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralanıb.

"Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edir. Elman Paşayevin təxliyyəsində köməklik göstərilməsi üçün hər kəsdən böyük xahişim var", deyə Şevçenko teleqram kanalında yazıb.

Qeyd edək ki, Elman Paşayev Rusiyada uzun müddət vəkil kimi fəaliyyət göstərib.

Tanınmış rusiyalı aktyor Mixail Yefremovun ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra RF Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.

# 2259
avatar

Oxşar yazılar

Tutuquşu canlı efirdə aparıcıya hücum etdi

Tutuquşu canlı efirdə aparıcıya hücum etdi

21 may 2024 , 09:57
Litva hərbçilərini Ukraynaya göndərə bilər

Litva hərbçilərini Ukraynaya göndərə bilər

21 may 2024 , 07:47
İtaliyada ardıcıl üç zəlzələ  baş verdi

İtaliyada ardıcıl üç zəlzələ baş verdi

21 may 2024 , 06:15
Rəisinin üzüyü də tapıldı -VİDEO

Rəisinin üzüyü də tapıldı -VİDEO

21 may 2024 , 05:49
Türkiyədə zəlzələ  baş verdi

Türkiyədə zəlzələ baş verdi

21 may 2024 , 02:31
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO

Rəisinin həlak olduğu yerdən YENİ VİDEO

21 may 2024 , 00:00
İranda prezident seçkiləri bu tarixdə  keçiriləcək-YENİLƏNİB

İranda prezident seçkiləri bu tarixdə keçiriləcək-YENİLƏNİB

20 may 2024 , 21:15
Moskvada azərbaycanlılara məxsus RESTORAN YANDI -VİDEO

Moskvada azərbaycanlılara məxsus RESTORAN YANDI-VİDEO

20 may 2024 , 21:13