Çində akvaparkda 44 nəfər ağır xəsarət alıb
Çinin şimal-şərqindəki Tsilin əyalətinin Longjing Yanbian-Koreya Muxtar Vilayətində akvaparklardan birində yaradılan süni dalğa hovuzda çimənlərin azı 44 nəfərinə müxtəlif dərəcəli ağır xəsarətlər yetirib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə yerli vaxtla 14.40-da (Moskva vaxtı ilə səhərə saatlarında) baş verib.
Əyləncə mərkəzində dalğanın gücü ağlagəlməz dərəcədə təzyiqli olub. Suyun təzyiqi altında insanlar bir-birinə dəyərək hovuzun divarlarına çırpılıblar.
İlkin məlumata görə, hadisə dalğa generatorunun çox miqdarda su verilməsi nəticəsində baş verib.
Xəstəxanaya yerləşdirilən yaralılardan 6 nəfərinin vəziyyəti daha ağır (qabırğa sınığı, alt çənənin çartlaması və s.) olduğundan tibb müəssisəsində saxlanılıblar.
Digər xəsarət alanlar isə, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxlıblar.
654