Çinin yüksək rütbəli hərbçilərindən biri, general Syu Tsayxou korrupsiyada ittiham olunaraq, Kommunist Partiyası sıralarından çıxarılıb. Lent.az-ın “BBC”-yə istinadən o, əvvəllər Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü olub.
Çinin lideri Si Tszinpin generalın istintaqa cəlb edilməsini təqdir edib.
Syu Tsayxounun işi ilə bağlı məsələ bir neçə aydır davam edir. Bəziləri hesab edirmiş ki, xərçəng xəstəsi olduğundan barəsində məhkəmə araşdırılması aparılmayacaq.
Təhlilçilərin fikrincə, bu son illərdə Çin hərbçiləri arasında ən qalmaqallı hadisə ola bilər.