Türkiyənin Karşıyaka şəhərində seksual manyak peyda olub. Lent.az-ın "Milliyət" qəzetinin saytına istinadən verdiyi məlumata görə, 9 gün əvvəl dəniz sahilindəki restoranlardan birində 11 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Naməlum şəxs uşaqlar üçün ayrılan parkda 11 yaşlı qızı çağırıb və ona nəsə verəcəyini deyib. Həmin şəxs qızı ağaclıq əraziyə aparıb. Hadisəyə şahid olan uşaqlar bu barədə ailələrinə bildiriblər. İnsanların yaxınlaşdığı görən seksual manyak ərazidən qaçıb.
Uşağın valideynləri dərhal hadisə ilə bağlı polisə məlumat veriblər. Çox keçmədən azyaşlılara tamah salan şəxs tutulub. İstintaq zamanı A.S. şəxsin tanınmış beynəlxalq şirkətdə işləndiyi məlum olub. O, azyaşlı qızları olan marağını gizlətməyib və indiyədək bir neçə belə əməl törətdiyini etiraf edib. Həmçinin bildirib ki, zorladığı uşaqların foto və video görüntülərini lentə alırmış.
Qeyd edək ki, cinayətkar xanımından bir müddət əvvəl ayrılıb.
Faktla bağlı araşdırma davam etdirilir.