Çilidə 6,7 bal gücündə zəlzələ baş verib. Bu barədə APA Reyter agentliyinə istinadən məlumat verir.
ABŞ Geologiya xidməti yeraltı təkanların episentrinin Vilyenar şəhərindən 45 km şimalda olduğunu bildirib. Zəlzələ ocağı 25,4 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.