Sosial vəziyyətindən asılı olmayaraq, dünyanın hər yerində insanlar bayramda daha çox pul xərcləyir, xəsislik etmirlər.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Çexiyada Doğuluş günlərində orta hesabla hər ailə 1111 avro xərcləyib.
Ötən həftənin sonuncu günlərində katoliklərin qeyd etdiyi Doğuluş günündə dükanlar aid günlərlə müqayisədə 80 faiz artıq qazanıb.
Mənbənin məlumatına əsasən, son həftələrdə hədiyyə alanların sayı çoxalıb. Çünki ölkə əhalisinin 10 faizi hədiyyəni bayram günü alır.
Çexiya radiosu bildirib ki, hər ailə orta hesabla 1111 avro xərcləyib. İki il öncə bu rəqəm 1230 avro olub.