Cenevrədəki müzakirə nəticə verməyib
11 yanvar 2013 23:03 (UTC +04:00)

Cenevrədəki müzakirə nəticə verməyib

Suriyadakı münaqişənin həlli ilə bağlı Cenevrədə ABŞ və Rusiya diplomatları arasında görüş keçirilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu danışıqlar nəticəsiz başa çatıb.

Üçtərəfli görüşdə BMT və Ərəb Dövlətləri Liqasının özəl təmsilçisi Lahdar Brahimi, Rusiya xarici işlər nazirinin müavini Mixali Boqdanov və ABŞ dövlət katibinin birinci müavini Uilyam Berns iştirak edib.

 

Müzakirədən sonra Brahimi bildirib ki, danışıqların iştirakçılar «münaqişənin hərbi müdaxiləsiz həll olunması bir daha təsdiqləndi» və «qan axıdılmasının qısa bir zamanda dayandırılması vurğulandı».

 

ABŞ-la Rusiya arasında Suriyadakı vəziyyətin gələcəkdə tənzimlənməsi məsələsində fikir ayrılığı qalmaqdadır. Vaşinqton Bəşar Əsədin təcili şəkildə istefa verməsində israr edir, Moskva isə Suriyadakı mövcud rejimlə danışıqlara çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608
avatar

Oxşar yazılar